Avtoreyd.Az Hadisə Şəmkirdə içərisində polislərin olduğu avtomobil aşıb, ölən və yaralananlar var

Şəmkirdə içərisində polislərin olduğu avtomobil aşıb, ölən və yaralananlar var


Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumatına görə, qəsəbə ilə hərəkət edən “VAZ-21021” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralııar – Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quluyev Rauf xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post