Bakının Sabunçu rayonu ərazisində orta yaşlı qadını minik avtomobili vurub.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə 1968-ci il təvəllüdlü Bayramova Səadət İlham qızı Bakıxanov qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında yolu keçmək istəyən zaman baş verib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.