Avtoreyd.Az Gündəm Bakı-Sumqayıt arasında qanunsuz sərnişindaşıma davam edir – VİDEO

Bakı-Sumqayıt arasında qanunsuz sərnişindaşıma davam edir – VİDEO


Bakıdan Sumqayıta və əks istiqamətə mikroavtobuslar yenə qanunsuz olaraq sərnişin daşıyırlar. Gün ərzində yüzlərlə sərnişin bu avtobuslardan istifadə edir. Ancaq əksər sərnişin lisenziyası olmayan bu maşınlarla getməyin təhlükəli olduğundan xəbərsizdirlər. Sürücülər isə özlərinə müxtəlif bəhanələrlə haqq qazandırmağa çalışırlar.

Bura Sumqayıt avtovağzalının yaxınlığıdır. Kadrlardan göründüyü kimi Sumqayıtdan Bakıya qanunsuz sərnişindaşıma xidməti göstərən mikroavtobuslar yenidən iş başındadır.

Eyni mənzərəni gündüz saatlarında da müşahidə etmək olur. Daxilində konstruksiya dəyşiklikləri edilən mikroavtobuslar keçirilən reydlərə baxmayaraq, yenə əvvəlki kimi qanunsuz sərnişindaşıma ilə məşğuldurlar

Bakıda da mənzərə fərqli deyil. Sumqayıtdan Bakıya sərnişin gətirən mikroavtobuslar əks istiqamətdə də eyni işi görürlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsindən “XəzərXəbər”ə bildirildi ki, qanunsuz fəaliyyət göstərən mikroavtobuslar şəhərdə çoxluq təşkil edir.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, kiçik tutumlu nəqliyyat avtobusu ilə sərnişindaşımaya nəzarət onlar tərəfindən həyata keçirilmir. Agentlik yalnız paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımada istifadə olunan avtobuslara nəzarət edən qurumdur.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, mikroavtobus sürücüləri əsasən pik saatlarda polislərin hərəkəti tənzimlədiyi bir vaxtda vəziyyətdən sui-istifadə edərək bu əməllərini həyata keçirirlər. Buna baxmayaraq mütəmadi olaraq polis əməkdaşları qanunsuz sərnişin daşıyan belə sürücülərə qarşı daim mübarizə aparır və bundan sonra da aparacaq.

Related Post

Daha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEODaha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEO

Bakı şəhərində hərəkət edən bütün marşrut avtobuslarının hər gün texniki baxışdan, eləcə də sürücülərin tibbi müayinədən keçirilməsi üçün istehsalat bazasının olması mütləqdir. Xezerxeber.az məlumat verir ki, Bakı Nəqliyyat Agentliyinin bu