Avtoreyd.Az Dörd çarx Bu yolda hər gün niyə tıxac yaranır? – Söhbət Zabrat-Maştağa yolundan gedir – VİDEO

Bu yolda hər gün niyə tıxac yaranır? – Söhbət Zabrat-Maştağa yolundan gedir – VİDEO


Zabrat-Maştağa yolunun düz girəcəyində inşa edilən avtobus dayanacaqlarında taksi, minik maşınlarının dayanması ərazini axşam və səhər saatlarında keçilməz edir. “XəzərXəbər” hər gün bu ərazidə yaranan tıxacı lentə alıb və onun yaranma səbəblərini araşdırıb.

Yolda uzun tıxac yaranıb və sürücülər hərəkətin bərpa olunacağı vaxtı gözləyirlər.

Görüntülər hər gün bu mənzərənin yaşandığı hava limanı yolu ilə Zabrat-Maştağa yolunun kəsişməsindədir. Yolun ən çox hərəkət olan hissəsində qoyulan dayanacaq vəziyyəti pik saatlarda daha da mürəkkəbləşdirir.Avtobus dayanacağında şəxsi avtomobillərin və taksilərin dayanması isə nəqliyyatın hərəkətini daha da çətinləşdirir

Bəzi sürücülər isə Zabratdan üzü şəhər istiqamətinə hərəkət edərkən üst keçidin yaxınlığında qurraşdırlan dayancağın yerinin dəyişdirilməsini təklif edirlər.Bunun üçün daha irəlidə boş ərazidə var.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun şöbə müdiri Mayis Ağayev bildirdi ki, ərazidə tıxacın yaranmasına əsas səbəb taksi və şəxsi avtomobilərin avtobus duracağı xəttinin üzərində dayanmasıdır. Hazırda Agentlik problemin həlli üçün digər dövlət qurumları ilə birgə iş aparır.

Related Post