Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Q.Eyvazlı 8 il müddətinə azadlıqdan məhrum edilib. Ə.Abdullayevə qarşı irəli sürülən ittiham isə təsdiqini tapmadığından ona bəraət verilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.Eyvazlı və Ə.Abdullayevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il saat 1.00 radələrində Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Ə.Abdullayevin idarə etdiyi “Range Rover” markalı avtomobil Q.Eyvazlının idarə etdiyi “VAZ-21015” markalı maşınla toqquşub.
Nəticədə “VAZ-21015” markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.