Avtoreyd.Az Gündəm 2 aydır ki, uçan körpü bərpa olunmur – Rəsmi qurumlar nə deyir? – VİDEO

2 aydır ki, uçan körpü bərpa olunmur – Rəsmi qurumlar nə deyir? – VİDEO


Təxminən 2 ay əvvəl xaçmazda sel nəticəsində uçan körpü bu müddət ərzində sakinləri əziyyətə salıb. Körpü 2 kəndi birləşdirdiyindən hərəkət çətinləşib. “Azəravtoyol”dan isə bildirilib ki, körpü yenidən tikiləcək.

Sentyabrın 8-də yağıntılardan sonra Qaraçayda suyun səviyyəsinin artması nəticəsində Xaçmaz rayonunun Aşağızeyid və Qaraçay-Cek kəndlərini birləşdirən körpünü sel aparıb. O vaxtdan bəri körpü bərpa olunmayıb..

Çayda suyun səviyyəsi artan kimi sakinlər 30 km əlavə yol qət etməli olurlar.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sahə rəsi Şahin Səmədov “XəzərXəbər”ə bildirdi ki, körpü 1960-cı ildə tikilib. 1 ay öncə yağan güclü yağış nəticəsində körpünün orta dayağı uçub və nəticədə körpü iki yerə bölünüb. Bununla bağlı körpünün yenidən qurulması işlərinə başlanılıb. Sahə rəisinin sözlərinə görə, körpünün uzunluğu 11, eni 3 metr 90 santimetrdir. Yeni tikiləcək körpünün uzunluğu 16, eni isə 5 metr yarım olacaq. Körpü təxminən 1 ay müddətinə istifadəyə veriləcək.

Related Post

Benzinin yeni qiymətindən sonra avtobuslarda gediş haqqı bahalaşır? – RƏSMİ AÇIQLAMABenzinin yeni qiymətindən sonra avtobuslarda gediş haqqı bahalaşır? – RƏSMİ AÇIQLAMA

“Aİ-92” markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur. AvtoReyd.Az-in məlumatına görə. bu barədə ötən gün “Aİ-92” markalı avtomobil benzininin