Avtoreyd.Az Gündəm BNA: Avtobuslarda gediş haqqının artırılması gündəmdə deyil

BNA: Avtobuslarda gediş haqqının artırılması gündəmdə deyil


Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı tariflərinin artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır: “Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.

AvtoReyd.Az

Related Post

Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər – Qanunun bu tələbi niyə icra olunmur? (Video)Bəzi şəxslər parklanma yerlərindən pulsuz istifadə edə bilər – Qanunun bu tələbi niyə icra olunmur? (Video)

Vətəndaş parklanma yerinin yaxınlığında yaşayırsa, müraciəti əsasında duracaq yeri ona pulsuz parketmə talonu verməlidir. Xezerxeber.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda öz əksini tapıb. Ancaq təcrübədə qanunun bu tələbi