Avtoreyd.Az Gündəm BNA: Avtobuslarda gediş haqqının artırılması gündəmdə deyil

BNA: Avtobuslarda gediş haqqının artırılması gündəmdə deyil


Bakı Nəqliyyat Agentliyi (BNA) müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı tariflərinin artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BNA-dan “APA-Economics”ə verilən məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır: “Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.

AvtoReyd.Az

Related Post

Daha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEODaha 200 avtobus hər gün texniki baxışdan keçiriləcək – Yeni istehsalat bazası açıldı – VİDEO

Bakı şəhərində hərəkət edən bütün marşrut avtobuslarının hər gün texniki baxışdan, eləcə də sürücülərin tibbi müayinədən keçirilməsi üçün istehsalat bazasının olması mütləqdir. Xezerxeber.az məlumat verir ki, Bakı Nəqliyyat Agentliyinin bu