Avtoreyd.Az Gündəm Bu avtobusların Sumqayıta girişi qadağan olundu: Postda saxlayıb cərimə meydançasına aparırlar – VİDEO

Bu avtobusların Sumqayıta girişi qadağan olundu: Postda saxlayıb cərimə meydançasına aparırlar – VİDEO


Sumqayıta marşurut avtobuslarının girişinə qadağa qoyulub. Söhbət yaxın qəsəbələrdən və Xırdalan şəhərindən Sumqayıta işləyən marşuturlardan gedir. İcazə verilmədiyindən avtobusdan düşürülən sərnişinlər xeyli vaxt şəhərin girişində gözləməli olublar. Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, bu qadağa şəhərin nəqliyyatı sisteminin təkminləşdirilməsinə xidmət edir. Həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə giriş birdəfəlik qadağan ediləcək

Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb.

Bu gün səhər saatlarından etibarən 985 , 12b , 522 və 12 saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər uzun muddət marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobuslarının isə bir qismi cərimə meydançalarına aparılıb.

Binəqədidən gələn marşrutlar Novxanı ərazisindən geri qaytarılır, sakinlər 2 nömrəli marşurutlara mindirlərək Sumqayıta gətirilir. Saray və Xırdalandan gələnlər isə Saray körpüsü adlanan ərazidə düşürdülür.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən “XəzərXəbər”ə bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib. “Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də onların şəhərə buraxılmamasına qərar verilib . Bildirildi ki, həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə giriş birdəfəlik qadağan ediləcək”.

Related Post