Avtoreyd.Az Dörd çarx 170 nömrəli marşrut xətti bərpa olunub

170 nömrəli marşrut xətti bərpa olunub


Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarına əsasən, 170 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilib.

BNA-dan verilən məlumata görə, metronun “Memar Əcəmi” stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.

“Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib”, – deyə qurumun məlumatında vurğulanıb.

AvtoReyd.Az

Related Post