Cinayət Məcəlləsinin 143-1-ci maddəsinə (Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə) yeni cəza — azadlığın məhdudlaşdırılması əlavə olunub. Həmin maddəyə təklif olunan variantda deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Mövcud variantda isə deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.