Avtoreyd.Az Gündəm Azərbaycanda idmançılar barədə kəskin qərar

Azərbaycanda idmançılar barədə kəskin qərar


Cinayət Məcəlləsinin 143-1-ci maddəsinə (Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə) yeni cəza — azadlığın məhdudlaşdırılması əlavə olunub. Həmin maddəyə təklif olunan variantda deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Mövcud variantda isə deyilir ki, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Qeyd edək ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Related Post

Bakıda yeni çəkilmiş yol belə çökdü – ŞOK GÖRÜNTÜ – (VİDEO+FOTO)Bakıda yeni çəkilmiş yol belə çökdü – ŞOK GÖRÜNTÜ – (VİDEO+FOTO)

“APA-Economics” xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin (“İmperator” şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli “APA-Economics”ə açıqlamasında bildirib