Avtoreyd.Az Gündəm Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 10 mlrd. dollar yatırılıb

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 10 mlrd. dollar yatırılıb


İlkin olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 mln. sərnişin və 4 mln. ton yük daşınması nəzərdə tutulub. Bunu BTQ-nin Bakıda keçirilən rəsmi açılış mərasimində çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

G.Kvirikaşvilinin sözlərinə görə, bu rəqəm gələcəkdə bir neçə dəfə artırılacaq: “Növbəti illərdə isə sərnişinlərin sayı 6 mln. nəfərə, yüklərin həcmi isə 20 mln. ton olacaq”.

Tədbirdə çıxış edən Qazaxıstanın baş naziri Bakitjan Sagintayev isə deyib ki, BTQ Asiyadan Avropaya daşımaların müddətini daha da qısaldacaq: “BTQ-nin ərsəyə gəlməsi üçün 10 mlrd. dollardan çox investisiya yatırılıb. Bu layihə Asiya ilə Avropa arasında daşımaçılıq üçün məsafələri daha da qısaldacaq”.

Related Post

Dəmiryolunda sərnişin sıxlığı yaranıb – Əlavə qatarlar qoşulur – VİDEODəmiryolunda sərnişin sıxlığı yaranıb – Əlavə qatarlar qoşulur – VİDEO

AvtoReyd.Az Xezerxebee istinadən xəbər verir ki,Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də Gürcüstan Respublikasından tamaşaçı qismində paytaxtımıza gələn vətəndaşların çoxu dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük