Bakının Yasamal rayonu ərazisində piyadanı avtomaşın vurub.
APA-nın xəbərinə görə, hadisə Şamaxinka adlanan ərazidə, Moskva prospektində qeydə alınıb.
1970-ci il təvəllüdlü Allahverdiyeva Vəfa Zirəddin qızı Şamaxinka dairəsi yaxınlığında yolu keçmək istəyərkən avtomobilin zərbəsinə tuş gəlib. Nəticədə 47 yaşlı qadın xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır hesab edir.
Məlumata görə, qadını vuran avtomobili iranlı sürücü idarə edirmiş və o həmin vaxt sementlə yüklü olan nəqliyyat vasitəsini vaxtında dayandıra bilməyib. Sürücü ərazidən yayınmaq istəsə də, polis əməkdaşları tərəfindən saxlanılıb.
Yol qəzasının təfərrüatlarını Yasamal polisi araşdırır.