vtobus və yük avtomobillərinin texniki baxışdan keçmə vaxtının bitməsinə cəmi 2 gün qaldı.
Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzindən “Xəzər Xəbər”ə verilən məlumata görə, indiyə qədər avtobusların cəmi 23-24 faizi, yük avtomobillərinin isə cəmi 32 faizi texniki baxışdan keçib.
Xezerxeber.az-ın məlumatına görə, əvvəlki illərdən fərqli olaraq bu il texniki baxışdan keçməyənlərin aşkarlanmasında radarlardan istifadə olunacaq.
Onu da qeyd edək ki, noyabrın 1-dən etibarən texniki baxışdan keçməyən avtobus və yük avtomobillərinin sürücüləri fiziki şəxsdirsə 50 manat, vəzifəli şəxsdirsə 100 manat, hüquqi şəxsdirsə 300 manat məbləğində cərimə olunacaqlar.