Maraqlı

Yaponiyada siqaret çəkməyən işçilər daha çox məzuniyyətə çıxacaq

FaktXəbər-in verdiyi məlumata görə, Yaponiyada bir şirkət siqaret çəkməyən əməkdaşlarına il ərzindıə 6 gündən çox məzuniyyət hüququ verəcəyini açıqlayıb. Bu barədə “The Telegraph” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Tokioda göydələnin 29-ci mərtəbəsində yerləşən “Piala” adlı marketinq şirkəti siqaret istifadəçisi olan əməkdaşlarının hər dəfə siqaret çəkməyə gedərkən 15 dəqiqə sərf etdiyini irəli sürüb. Bununla belə digər əməkdaşlar siqaret fasiləsindən məhrum olduqları üçün onlara da məzuniyyət haqqı verilib.

“Piala” rəhbərliyinin siqaret istifadəçisi olmayan əməkdaşlarla bağlı qəbul etdiyi qərar şirkətdə 4 nəfərin pis vərdişdən xilasına səbəb olub.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.