Avtoreyd.Az Gündəm Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib

Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib


Azərbaycanda sərnişin daşınması müqaviləsinə dəyişiklik edilib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklikliyin məcəllənin 842-ci (Sərnişin daşınması müqaviləsi) maddəsinə edilməsi təklif edilib.

Hazırkı qanunvericiliyə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.

Dəyişikliklə isə sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Related Post

Sabah bu yollar bağlı olacaqSabah bu yollar bağlı olacaq

15 sentyabr – Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Azadlıq meydanından başlayaraq Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində möhtəşəm paradın keçirilməsi ilə əlaqədar bu istiqamətlər üzrə kəsişən,