Öz çox güclü avtomobilləri ilə məşhur olan “Hennessey” şirkəti demək olar ki, 500 km/saat surətlə şütüyə bilən yeni avtomobil təqdim edib.

“Venom F5” modeli artıq “Bugatti” və “Koenigsegg” giperkarlarını “alçaltmağa” hazırdır.

Məsələn, 300 km/saat sürəti yeni “Hennessey” cəmi 10 saniyəyə yığacaq, 20 saniyəyə isə onun sürəti artıq 400 km/saat-a çatacaq.

“Hennessey” şirkəti “Venom F5”-in cəmi 24 nüsxəsini istehsal edib və avtomobilin ilkin dəyəri 1.6 milyon dollar kimi qiymətləndirilib.

Publika.az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.