Avtoreyd.Az Maraqlı İlk elektrik təyyarəsi uçuşa buraxıldı – FOTOLAR

İlk elektrik təyyarəsi uçuşa buraxıldı – FOTOLAR


Çinin ilk elektrik təyyarəsi sınaq uçuşunu gerçəkləşdirib.

Çinin Aviasiya İnstitutu tərəfindən hazırlanan “RX1E” elektrik təyyarəsinin təkmilləşdirilmiş versiyası olan “RX1E-A” ilk uçuşunu müvəffəqiyyətlə başa vurub.

Təyyarə pilotdan əlavə 1 nəfər sərnişin üçün nəzərdə tutulub. 2 saat havada qalan təyyarəyə təhlükəsiz eniş məqsədilə paraşüt qoyulub. Sürəti saatda 160 kilometr olan təyyarənin xarici ölkələrə ixrac ediləcəyi deyilib.

Təyyarənin hazırlanmasına 151 min dollar pul xərclənib.

Publika.az

Related Post