Avtoreyd.Az Hadisə Bakıda sərnişin avtobusu körpüyə ilişib

Bakıda sərnişin avtobusu körpüyə ilişib


Bu gün səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu körpüyə ilişib.

AvtoReyd.Az “Report”a istinadla xəbər verir ki, nəticədə “Səməd Vurğun” bağı istiqamətinə gedən yolda tıxac yaranıb.

Belə ki, sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyib. Bu zaman avtobusun arxa tərəfi körpüyə ilişib.

Avtobus bir müddət hərəkətsiz qaldıqdan sonra geriyə hərəkət etməklə oradan çıxarılıb. Bundan sonra yolda hərəkət bərpa olunub.

Related Post

Üç avtomobilin toqquşması nəticəsində yaralanan qadın sürücü ölüb – VİDEO – YENİLƏNİBÜç avtomobilin toqquşması nəticəsində yaralanan qadın sürücü ölüb – VİDEO – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) mayın 31-də Bakıda, Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı məlumat yayıb. AvtoReyd.Az “Report”un xəbərinə görə,bildirir ki, məlumatda bildirilib ki, mayın 31-də saat 14 radələrində Nərimanov