Lənkəran rayonunda avtomobil aşıb.
AvtoReyd.Az “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralında, rayonun Göyşaban kəndindən keçən hissəsində baş verib.
“Mitsubishi-pikap” markalı 90-MV-061 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib, maşın yoldan çıxıb və aşıb.
Nəticədə Ucar rayon sakinləri 28 yaşlı Soltanov Sabir Şükür oğlu və həmyerlisi Mövsümov Ağamir Mirhəşim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəzaya çiskinli hava şəraitində avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.