Avtoreyd.Az Gündəm Sürücülərə ŞAD XƏBƏR – Bu qayda pozuntusu daha məsuliyyət yaratmayacaq

Sürücülərə ŞAD XƏBƏR – Bu qayda pozuntusu daha məsuliyyət yaratmayacaq


Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə cəza nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.

Bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur.

Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır.

Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.

Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.

Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Related Post

Yük maşını şəhərin mərkəzində arxadan gələn sürücüləri hövsələdən çıxardı – VİDEOYük maşını şəhərin mərkəzində arxadan gələn sürücüləri hövsələdən çıxardı – VİDEO

Üzəri torpaqla dolu olan yük maşını qaydaları pozur.  Xezerxeber.az-ın məlumatına görə, görüntülər Ağcabədi rayonunun mərkəzində çəkilib və Xəzər Xəbər”in votsap nömrəsinə göndərilib. Mərkəzlə hərəkət edən 02 BB 945 dövlət nömrə