Avtoreyd.Az Gündəm “Riyad” Mühafizə Xidmətinin lisenziyası ləğv olunmayıb – AÇIQLAMA

“Riyad” Mühafizə Xidmətinin lisenziyası ləğv olunmayıb – AÇIQLAMA


Dünəndən etibarən mətbuatda yayılan məlumata görə, “Riyad” Mühafizə Ximdətinin lisenziyası ləğv olunub və fəaliyyət göstərmək hüququ əlindən alınıb.

RMX-nin mətbuat katibi Fuad Mədətov AvtoReyd.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar tamamilə yanlışdır. Mühafizə xidmətinin lisenziyası ləğv olunmayıb:

“RMX-nin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. Lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək. Hazırda qurumun adı təsdiq olunmayıb. Yaxın günlərdə bu barədə də ictimaiyyətə ətraflı məlumat veriləcək.”

F.Mədətov onu da qeyd edib ki, şirkət fəaliyyətini uğurla davam etdirir.

Related Post

Sürücülərin nəzərinə:Bu yol bağlanması ilə bağlı sürücülərə alternativ yollar təqdim edilib,Sürücülərin nəzərinə:Bu yol bağlanması ilə bağlı sürücülərə alternativ yollar təqdim edilib,

Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi və üfiqi nişanlanma xətlərinin çəkilişi işlərinin tam olaraq 18-20 saat ərzində yekunlaşdırılması nəzərdə tutulub. AvtoReyd.Az “Azərbaycan