Avtoreyd.Az Gündəm Bakı metrosunun 12 stansiyasının inşası nə vaxt başa çatacaq?

Bakı metrosunun 12 stansiyasının inşası nə vaxt başa çatacaq?


2025-ci ilə qədər Bakı Metropoliteninin Bənövşəyi xətt üzrə 12 stansiyasının tikintisi başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O qeyd edib ki, artıq həmin stansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb:

“Bənövşəyi xətt Qaraçuxur qəsəbəsinə qədər olacaq. Bildiyiniz kimi, artıq həmin xətt üzrə 2 stansiya – “Avtovağzal” və “Memar Əcəmi-2″ stansiyaları istifadəyə verilib. Digər stansiyaların da bəzilərinin tikintisi davam edir. 2025-ci ilə qədər bu xətt üzrə bütün stansiyalar istifadəyə verilməlidir”.

 

Related Post