Avtoreyd.Az Gündəm Bakı metrosunun 12 stansiyasının inşası nə vaxt başa çatacaq?

Bakı metrosunun 12 stansiyasının inşası nə vaxt başa çatacaq?


2025-ci ilə qədər Bakı Metropoliteninin Bənövşəyi xətt üzrə 12 stansiyasının tikintisi başa çatacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

O qeyd edib ki, artıq həmin stansiyaların tikintisi üçün torpaq sahələri ayrılıb:

“Bənövşəyi xətt Qaraçuxur qəsəbəsinə qədər olacaq. Bildiyiniz kimi, artıq həmin xətt üzrə 2 stansiya – “Avtovağzal” və “Memar Əcəmi-2″ stansiyaları istifadəyə verilib. Digər stansiyaların da bəzilərinin tikintisi davam edir. 2025-ci ilə qədər bu xətt üzrə bütün stansiyalar istifadəyə verilməlidir”.

 

Related Post

Azərbaycan Belçikada ictimai nəqliyyat üzrə beynəlxalq toplantıda iştirak edirAzərbaycan Belçikada ictimai nəqliyyat üzrə beynəlxalq toplantıda iştirak edir

Belçikanın paytaxtı Brüssel şəhərində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (International Association of Public Transport-UITP) növbədənkənar ümumi yığıncağı keçirilir. Bu barədə AvtoReyd.Az a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətindən bildirilib. Məlumata görə, 96