Braziliyada polislər birbaşa yayım zamanı narkotiklərlə ticarətdə şübhəli şəxsləri güllələyiblər.
AvtoReyd.Az Publika.az-a istinadən xəbər verir ki, cinayətkarlar öz avtomobilindən feysbuk vasitəsilə canlı yayım aparırdılar.
Kadrlarda görünür ki, gənc narkotik alverçiləri qrupunun üzvlərindən biri öz yoldaşlarını çəkir. Onlar bir-biri ilə zarafat edir və gülürdülər. Daha sonra atəş səsləri eşidilir və çəkiliş aparan qurğu döşəməyə düşür.
Hadisə Rio-de-Janeyroda narkotik alverçiləri ilə mübarizə üzrə əməliyyat zamanı baş verib. Şübhəlilərin olduğu avtomobil polis helikopterindən güllələnib. “Daily Mail” avtomobildə olanlardan üç nəfərin öldürüldüyünü, daha birinin yaralandığını dəqiqləşdirib.