Avtoreyd.Az Dörd çarx Babək prospekti genişləndiriləcək

Babək prospekti genişləndiriləcək


“Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub”.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bu sözləri “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsi “Ramstore” qovşağından Yeni Günəşli qəsəbəsinə qədər olan hissə üçün planlaşdırılır: “Eyni zamanda Heydər Əliyev prospektindən, yəni “İnter” stadionunun yanından Babək prospektinə 4 hərəkət zolaqlı yol olan çıxış verməliyik. Bütün bu işlər 2018-ci ilin Bakı şəhər planında yer alıb. Bundan başqa, Nobel prospektini də yenidən təmir etmək niyyətindəyik”.

ASC sədri vurğulayıb ki, Azərbaycanda ödənişli yollardan istifadəyə keçmək prezidentin birbaşa göstərişidir: “Tövsiyəyə uyğun olaraq ilkin mərhələdə iki magistral yolun ödənişli olması təklifini vermişik. Qiymətlərlə bağlı Nazirlər Kabinetinə təkliflər verilib və Tarif Şurasının onu təsdiq etməsi gözlənilir. Beynəlxalq yolların təcrübəsindəki tariflər nəzərə alınıb”.

Related Post

31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO31 km-lik Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolu yenidən qurulur – VİDEOREPORTAJ / FOTO

“Azəravtoyol” ASC AvtoReyd.Az-a verilən məlumata görə Şəmkir – Yeni Göyçə – Dağ Cəyir avtomobil yolunda yenidən qurma işləri aparılır. Ümumi uzunluğu 31 km olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. 3-cü texniki

Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir (Video+Foto)Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir (Video+Foto)

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Magistral, respublika əhəmiyyətli yollarla yanaşı kəndlərarası avtomobil