Bakı şəhərində sürücüləri narahat edən məsələlərdən biri də bəzi yol nişanlarının ziddiyyətli olmasıdır. Sürücülər bu zaman necə hərəkət edəcəklərini bilmirlər və hətta tez-tez qəzalar baş verir. Çünki sürücülər bir-birini anlamır və qəza törədirlər.Sürücülər də tez-tez rast gəlinən belə vəziyyətdə yol polisinin onlara cərimə yazmasından şikayət edirlər.Qaydalara əsasən, yol nişanları heç bir halda bir-birinə zidd ola bilməz: “Yəni, qaydalarda sürücünün bu halda nə etməli olduğu barədə heçnə yazılmayıb. AvtoReyd.Az-ın məlumatına görə,növbəti belə səhv Günəşlidə yerləşən Səməd bəy Mehmandarov küçəsindədır.Belə ki,məcburi hərəkət istiqaməti nişanları qrupuna aid olan 4.1.4 nişanı ilə svetoforun əlavə bölümündəki sağa göstərilən işarə arasındakı ziddiyətdir.Nişandan sonra sağda dönqə var,amma bu yol ayrıcısı olmadığından nişanın təsir qüvvəsi yol ayrıcısına kimi davam edir və bu halda nişan sağa svetoforun əlavə bölümü isə sola hərəkət etməyə icazə verir.Bu yol hərəkəti təşkilində növbəti səhvdir.İnanmaq istəyirəm ki,bu kobud səhv aradan qaldırılacaq.Bəlkə sağ tərəfdə yerləşən marketin alış verişinə dəstək kimi quraşdırılıb? Düzü bilmirəm,amma hər halda bu kobur səhdir və aradan qaldırılmalıdır! AvtoReyd.Az Günəşlidə yerləşən Səməd bəy Mehmandarov küçəsində çəkilən görüntünü təqdim edir: