Avtoreyd.Az Dörd çarx Xaçmazda dağılan körpü bərpa edilib (Foto)

Xaçmazda dağılan körpü bərpa edilib (Foto)


Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.

Bu barədə AvtoReyd.Aza “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.

Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla 14 metr uzunluğunda və 5,5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağıtmışdı. Nəticədə 12 metr uzunluğunda və 4,5 metr enində olan körpü iki hissəyə bölünmüşdü. Əraziyə cəlb olunmuş “Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvəsi və texnikaları vasitəsi ilə tikinti işləri 22 gün müddətində yekunlaşdırılıb.

Related Post