Avtoreyd.Az Gündəm Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amilərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

AvtoReyd.Az

Related Post

Sabah Bakıda “Bakinternet”in internet təminatında fasilələr yarana bilərSabah Bakıda “Bakinternet”in internet təminatında fasilələr yarana bilər

Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq. Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən “APA-a verilən məlumata görə, profilaktik işlər zamanı noyabrın 15-dən 16-na

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum artırılırSürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum artırılır

Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir. AvtoReyd.Az “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər layihəsinə istinadən xəbər verir ki, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya