AvtoReyd.Az-ın məlumatına görə,Almaniyada qeyri-adi QAZ-21 Volqa satırlar. Başlanğıc üçün demək olar ki, Volqa 299 min avroya təklif edilir.Əlbəttə, bu nadir modeldir hətta Almaniya Demokratik Respublikası olmuş ölkənin şərq regionlarında,amma bu qədər yox. Nə demək olar qarşınızda Volqanın kupesidir.
Bu QAZ Mercedes S 600-ilə qardaşlaşıb desək yanılmarıq.Burada Mersedes 600-dən demək olar ki, bütün iç, sükan daxil olmaqla, qabaq paneli, elektrik ötürücüsü ilə dəri oturacaqlar quraşdırılıb.Güclü audiosistem və iqlim-kontrol kimi yeniliklər QAZ-a məxsus olmayan avtomobildə yer alıb.
Kapotun altında 500 at gücünə 5,5-litrlik V12 tvin-turbo mühərriki və onunla birlikdə 5-pilləli avtomatik sürət qutusu var. Hətta kuzovun kəndarlarında Mercedes-Benz yazıları özünü göstərir.