Bakıda yeniyetməni minik avtomobili vurub.
“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.
Belə ki, Bakıxanov qəsəbəsində 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızını avtomobil vurub. Nəticədə yeniyetmənin ayağı sınıb.
Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.