Avtoreyd.Az Gündəm Sumqayıtdakı hadisə barədə RƏSMİ AÇIQLAMA

Sumqayıtdakı hadisə barədə RƏSMİ AÇIQLAMA


Bir sıra KİV-lər məlumat yayıblar ki, naməlum şəxs Sumqayıtda avtobusu atəşə tutub. Guya hadisə 17-ci mikrorayonun ərazisində baş verib.

AvtoReyd.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbərin həqiqətə uyğun olmadığını bildirib.

E.Sultanovun sözlərinə əsasən, axşam saatlarında naməlum şəxslər iki sərnişin avtobusunu daşa basıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtobuslara maddi zərər dəyib – onların şüşələri sındırılıb.

Bu xəbəri Daxili İşlər Nazirliyində də təsdiqləyiblər. Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını həyata keçirir.

AvtoReyd.Az

Related Post