Yunanıstanın Mandra və Meqara şəhərlərində leysan yağışları nəticəsində yaranan daşqınlar ən azı 14 nəfərin ölümünə səbəb olub.
AvtoReyd.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü yerli “Athens News Agency-Macedonian Press Agency” məlumat yayıb.
Təbii fəlakət nəticəsində Nea-Peramos şəhəri su altında qalıb. Pis hava şəraiti səbəbindən bəzi rayonlarda fövqəladə vəziyyət elan olunub.
Fövqəladə xidmət əməkdaşları daşqınlar səbəbindən öz evlərində və zirzəmilərdə qalmış sakinlərin xilas edilməsi istiqamətində səylərini davam etdirirlər.