Avtoreyd.az bildirir ki, almaniyalı təqaüdçü uzun illərdir ki, sovet istehsalı olan, 1976-cı ildə buraxılan “Moskviç-2140” avtomobilini idarə edir. Herxard Şott adlı sürücünün 78 yaşı var. O, Tsvikkau şəhərində yaşayır. Almaniyalı baba etiraf edib ki, “Moskviçi” başqa avtomobillə əvəzləmək fikrində deyil və daha bir il də onu sürmək niyyətindədir.
Pensioner bildirib ki, 40 ildən çoxdur bu maşından istifadə edir. Əvvəlcə xidməti avtomobil kimi istifadə edilən “Moskviç-2140” Herxard Şottunun o qədər xoşuna gəlib ki, bir neçə il sonra o, etibarlı sovet avtomobilini satın alıb.
Maraqlıdır ki, bu qədər istifadə edilməsinə baxmayaraq, avtomobilin mühərriki cəmi bir dəfə dəyişdirilib. “Moskviç-2140” in yeganə həqiqətən də zəif yeri Şottun fikrincə onun daim pas atan kuzovudur. Qalan digər məsələlərdə maşın pensioneri tamamilə qane edir. Alman vurğulayıb ki, sovet avtomobili sadədir, olduqca etibarlıdır, asan təmir edilir və ən vacib olanı isə çox az yanacaq sərf edir, hər 100 kilometr məsafəyə 10 litr.