Azərbaycanın bölgələrində güclü zəlzələ baş verib.
“Report”un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Şəki, Qax, Zaqatala, Balakən və Lənkəran rayonları da daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.
İlkin ehtimala görə, zəlzələnin gücü 4-5 bal olub və təxminən 35-40 saniyə davam edib.
Qeyri-rəsmi məlumatlara görə, zəlzələ 4,9 maqnituda gücündə olub və onun mərkəzi Bərdədə, yerin 60 km dərinliyində qeydə alınıb.