“BakuBus” avtobusunun salonundan Azərbaycanın qədim dövrünə (Albaniya dövlətinə aid olduğu güman edilir) aid maddi mədəniyyət numunələri – gümüş və mis pullar tapılıb.
“Report”un xəbərinə görə, bu barədə “BakuBus”ın mətbuat katibi Mənsur Piriyev bildirib.
Mətbuat katibi qeyd edib ki, bununla bağlı Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib: “Tapılan tarixi ekspanatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq”.