Avtoreyd.Az Hadisə Bakıda sərnişin avtobusundan qədim dövrə aid gümüş və mis pullar tapılıb (Foto)

Bakıda sərnişin avtobusundan qədim dövrə aid gümüş və mis pullar tapılıb (Foto)


“BakuBus” avtobusunun salonundan Azərbaycanın qədim dövrünə (Albaniya dövlətinə aid olduğu güman edilir) aid maddi mədəniyyət numunələri – gümüş və mis pullar tapılıb.

“Report”un xəbərinə görə, bu barədə “BakuBus”ın mətbuat katibi Mənsur Piriyev bildirib.

Mətbuat katibi qeyd edib ki, bununla bağlı Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib: “Tapılan tarixi ekspanatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq”.

Related Post