Avtoreyd.Az Dörd çarx Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)


Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur.

AvtoReyd.Az-in məlumatına görə, 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

5-cı sətirdə “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

 

28 noyabr 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası  Buraxılış ili Start qiyməti
(manatla)
 10% beh
(manatla)
1. Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi QAZ-270500 1996 1275 128
2. Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi Opel Omeqa 1992 1125 113
3. Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzi Doğan-S 1994 900 90
4. Azərbaycan Respublikası Baş Prokurorluğu Nissan Maxima 2006 3330 333
5. “Azərsu”ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsi KAMAZ 4310 1989 3600 360
6. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FİAT Doblo 2007 3500 350
7. Xaçmaz rayon İcra Hakimiyyəti Mitsubishi Pajero 2007 10000 1000
8. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti KİA RİO 2009 5000 500
  Azərbaycan Respublikası “Bakı Metropoliteni” QSC KAMAZ-55102 1994 7000 700

Related Post