Avtoreyd.Az Dörd çarx Maşınların çirkabdan qorunması üçün yeni məhsul çıxdı – VİDEO

Maşınların çirkabdan qorunması üçün yeni məhsul çıxdı – VİDEO


Avtomobilllərin çirklənmədən qorunması üçün artıq müasir nanotexnoloji məhsullardan istifadə edilir. Bu məhsullar uzun müddət avtomobili çirklənmədən qoruyur və parıltılı saxlayır.

Xezerxeber.az-ın məlumatına görə, keramika məhlulu yaxılmış avtomobilin üzərinə palçıq tökürsən, heç bir iz saxlamadan axıb yerə tökülür.

Avtomobilə bu məhlunun yaxılmasından öncə maşın təmizlənməli və 3 dəfə cilalanmadan keçirilməlidir. Bundan sonra isə müştərinin istəyinə uyğun olaraq 1 qatdan 10 qata qədər maşının üzərinə keramika məhlulu yaxıla bilər.

Üzərinə bir dəfə məhlul vurulandan sonra növbə gəlib çatır onun avtomobilin üzərində yaratdığı effekti izləməyə. Eyni anda avtomobilin məhlul yaxılan və yaxılmayan hissələrinə palçıqlı su tökülür.

Nanotexnoloji məhsulun avtomobillərə tətbiqi ilə məşğul olan şirkət nümayəndəsi bildirir ki, keramika maddəsinin yaxılması müştərilərin istəyinə və büdcəsinə uyğun olaraq həyata keçirilir.

Şirkət nümayəndəsi bildirir ki, keramika avtomobillərə 10 qat vurulan zaman hətta yüngül alətlərlə maşının üzərini cızmaq mümkün olmur. Çünki, məhlulun qalın qatı avtomobilin üzərini tam mühafizəyə götürür və bütün yüngül zədələrdən onu sığortalayır.

Related Post

Yasamal rayonunda daha iki küçənin əsaslı şəkildə təmirinə başlanılıb (Video+Foto)Yasamal rayonunda daha iki küçənin əsaslı şəkildə təmirinə başlanılıb (Video+Foto)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məhz sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Dövlət Agentliyi