Avtoreyd.Az Avtoxəbər Ural T25.422 dartıcı-qoşqulu yük avtomobilinin yol versiyası təqdim edilib (Fotolar+Video)

Ural T25.422 dartıcı-qoşqulu yük avtomobilinin yol versiyası təqdim edilib (Fotolar+Video)


Avtoreyd.az bildirir ki, Comtrans-2017 sərgisində ümumi istifadə edilən yollar üzrə hərəkət üçün sertifikatlaşdırılmış “Ural” dartıcı-qoşqulu yük avtomobili təqdim edilib.

Avtomobil 44 tona qədər kütləylə avtoqatar tərkibində hərəkət üçün nəzərdə tutulub. Zəruri olduqda yedəkçi avtomobilin konstruksiyası 50 tona qədər yük çəkməyə imkan verir.

Yük avtomobili 422 at gücünə bərabər YAMZ-653 mühərrikiylə hərəkətə gətirilir. Avropa təsnifatı üzrə bu motor havaya buraxılan işlənmiş qazın tərkibindəki zərərli maddələrin miqdarına görə Avro-5 standartına uyğundur. Qüvvət qurğusu 16-diapazon ötürmə qutusu ilə paralel çalışır.

Böyük məsafələrə yüklərin daşınması üçün avtomobilin kabinası yataq yeriylə də təchiz edilib.

Related Post

Avtomobillərinə qaz avadanlıqları quraşdıran sürücülər cərimələnə bilər (Video)Avtomobillərinə qaz avadanlıqları quraşdıran sürücülər cərimələnə bilər (Video)

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması kütləvi şəkildə yayılıb. Xezerxeber.az-ın məlumatına görə, yanacaq puluna qənaət etmək məqsədi ilə ölkəmizdə sürücülər avtomobilə qaz avadanlığı quraşdırır. Qanunvericiliyə görə, bu dəyişikliyi mütləq avtomobilin texniki