Avtoreyd.Az Hadisə Bakıda maşının vurduğu piyadanın əli və ayağı qoparaq yol kənarına düşüb – FOTO

Bakıda maşının vurduğu piyadanın əli və ayağı qoparaq yol kənarına düşüb – FOTO


Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində yolu keçmək istəyən təqribən 20-25 yaşlı kişini “99-MA-645” dövlət qeydiyyat nişanlı “Lifan” markalı avtomobil vurub.

Zərbənin gücündən kişinin əli və ayağı bədənindən qoparaq yolun kənarına düşüb.

Hadisə sürət haddinin 120 km/saat olduğu yolda baş verib. Ölən kişinin meyiti şəxsiyyətinin araşdırılması və müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Sürücü şok vəziyyətində olduğu üçün hadisənin necə baş verdiyini xatırlamayıb.

Related Post

İmişlidə “KamAZ” marketə çarpılıb, yol kənarındakılar son anda qurtulubİmişlidə “KamAZ” marketə çarpılıb, yol kənarındakılar son anda qurtulub

İmişlidə qəza törədən “KamAZ”ın marketə çarpılması anı təhlükəsizlik kamerasına düşüb. AvtoReyd.Az “Report”a istindən məlumat verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı yük