Avtoreyd.az bildirir ki, Məhəmməd Əl Malahim bu addımı ilə doğma kəndi Əl Cayəyə diqqət cəlb etmək və buranı regionun görməli yerlərindən birinə çevirmək niyyətindədir.
İki nəfərlik mehmanxanada bir gecəlik ödəniş 57 dollardır. İordaniyalının beş ulduzlu mehmanxananın bir otağı ilə müqayisə etdiyi avtomobili bəzəməyə, Məhəmməd Əl Malahimin qızı kömək edib: o, döşəkağılar və balışlar tikib, onları milli naxışlarla və müxtəlif rəngli muncuq dənələri ilə bəzəyib.
Mehmanxana sahibinin qəbul otağı yaxınlıqdakı mağarada yerləşir. Burada turistlər qəhvə içə və ənənəvi İordaniya qəlyanaltılarını dada bilərlər. Həmçinin yaxınlıqda zərgərlik məmulatları, misdən və qiymətli daşlardan hazırlanan bəzək əşyalarının satıldığı Məhəmmədə məxsus suvenir mağazası da fəaliyyət göstərir.