Avtoreyd.Az Maraqlı Sevdiyi qızı hər dəfə iş yerinə aparmamaq üçün britaniyalı avtomobilini “itə” çevirib (Video)

Sevdiyi qızı hər dəfə iş yerinə aparmamaq üçün britaniyalı avtomobilini “itə” çevirib (Video)


Avtoreyd.az bildirir ki, Böyük Britaniyadan olan Sem Vellman Seat Leon hatchback-ni “itə”  çevirib.

Verdiyi müsahibədə o bildirib ki, sevdiyi qızın hər dəfə onu iş yerinə aparması xahişlərindən yorulub. Bu addımı atmaqla ümid edir ki, bundan sonra sevgilisi belə maşına əyləşib işə getməkdən utanacaq.

Sem avtomobilin xarici görünüşünü dəyişmək üçün Carjackers proqramına müraciət edib. Həmin proqramda onun maşınını məzəli küçüyə çeviriblər: kuzovu yunla örtüblər, ön qapıların üstünə “qulaqlar” bərkidiblər, arxa təkərləri isə “pəncələr” arxasında gizlədiblər. Avtomobilin hətta “quyruğu” və “küçük burnu” da var, salonunda isə itin hürməyini təqlid edən xüsusi səsli sistem quraşdırılıb.

Sem maşına “Leona” ləqəbin verib və Milad bayramı öncəsi avtomobili şimal maralına çevirməyi planlaşdırır.

Onu da qeyd edək ki, Sem Vellmanın sevgilisi həqiqətən də onunla belə maşında işə və ya harasa getməkdən imtina edərək, avtobusa üstünlük verir.

Related Post

Öz ixtirası ilə Leonardo Da Vinçini 600 il qabaqlayan, əndəlüslu müdrik (Hakim əl-Əndəlüs) ləqəbli Abbas İbn Firnas kimdir?Öz ixtirası ilə Leonardo Da Vinçini 600 il qabaqlayan, əndəlüslu müdrik (Hakim əl-Əndəlüs) ləqəbli Abbas İbn Firnas kimdir?

Abbas İbn Firnas kimi tanınan, Əbu Əl-Qasım Abbas ibn Firnas ibn Virdas al-Takurini, məşhur ixtiraçı, mühəndis, pilot, həkim, ərəb şairi və əndəlüslu musiqiçi, bir sözlə əsl erudit, 8-ci əsrdə Kordova