Avtoreyd.az bildirir ki, alman saytlarından birində yürüşü cəmi 703 kilometr təşkil edən 1992-ci il istehsalı olan sedan Opel Omega GL satışa qoyulub. Avtomobil 12,9 min avro məbləğində qiymətləndirilir.
Satışa çıxarılan avtomobil 25 il qarajda qalıb. Maşının 1927-ci il təvəllüdlü yalnız bir sahibi olub, hansı ki, Opel Omega GL-i quru yerdə saxlayıb. 2006-cı ildə sedan qeydiyyatdan çıxarılıb. Opel Omega GL 150 at gücünə bərabər 2,6 litrlik mühərrik və avtomatik transmissiyayla təchiz edilib.
Avtomobil sadə komplektasiyada satılır: velür salon, əllə şüşə qaldıranlar, Blaupunkt maqnitofonu, servosükan və mərkəzi qıfıl.