Qatı duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb.
AvtoReyd.Az xəbər verir ki, səhər saatlarından etibarən yolda müşahidə olunan sıx duman hazırda da davam edir.
Duman səbəbindən yolda avtomobilərin hərəkəti çətinləşib. Sürücülər ara məsafəsi saxlamaqla aşağı sürətlə hərəkət ediblər.
Duman, əsasən, Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində müşahidə olunur. Sözügedən ərazidə görmə məsafəsi bir metrə enib.
Baş Dövlət Yol Polisi İdarəsi duman səbəbindən sürücülərə xəbərdarlıq edib.
“Report”