Avtoreyd.Az Avtoxəbər Dünyanın bəlkə də ən yaşlı qadın-sürücüsü, 92 yaşlı estoniyalı nənə Tesla Model X-i sınaqdan keçirib və razı qalıb (Video)

Dünyanın bəlkə də ən yaşlı qadın-sürücüsü, 92 yaşlı estoniyalı nənə Tesla Model X-i sınaqdan keçirib və razı qalıb (Video)


Avtoreyd.az bildirir ki, Tallindən olan 92 yaşlı Rozi nənə Estoniyanın ən yaşlı sürücüsü hesab edilir. Ömrü boyu sovet dövründə istehsal edilən müxtəlif avtomobillər idarə edən xanım Rozi 60 illik sürücülük stajına malikdir.

Heç vaxt elektrokarın sükanı arxasına keçməyən 92 yaşlı xanım sürücü ona Tesla Model X sürmək təklif edilkdən sonra ulduza çevrilib.

Hal-hazırda o, SSRİ dağıldıqdan sonra 1991-ci ildə özəlləşdirdiyi 1974-cü ildə buraxılan sovet istehsalı olan 43 yaşlı “Moskviç” idarə edir.

Estoniyada yollardan birində Tesla Model X-i sınaqdan keçirən 92 yaşlı  nənə yeni nəsil avtomobilə valeh olub.

Dünyanın bəlkə də ən yaşlı qadın-sürücüsü olan Rozi nənə bildirib ki, əgər 20 yaşı olsaydı, mütləq Tesla elektrik avtomobilini alardı.

Elektrik avtomobildə səfərindən sonra 60 illik sürücülük stajına malik nənə qeyd edib ki, Tesla Model X ona sovet vaxtı sürdüyü 1950-ci illərin buraxılışı olan QAZ M-20 “Pobeda”sını xatırladır. Bundan başqa 92 yaşlı Rozi bildirib ki, bu yaxınlarda 10 illik müddətə yeni sürücülük vəsiqəsi alıb. Bu vəsiqə ona ömrünün sonuna kimi bəs edəcək, və hətta ola bilsin ki, o vaxta kimi uçan avtomobillər də çıxacaq.

Related Post

Görəsən niyə çinlilər öz avtomobillərinin təkərlərini fanerin parçası və ya şkafın köhnə qapısı ilə örtürlər? (Foto)Görəsən niyə çinlilər öz avtomobillərinin təkərlərini fanerin parçası və ya şkafın köhnə qapısı ilə örtürlər? (Foto)

Çində avtodayanacaqda bir çox sürücülər öz avtomobillərin təkərlərini faner parçası və ya şkafın köhnə qapısı ilə örtürlər.Bəs görəsən niyə onlar bunu edirlər? Suala cavab almaq üçün bir balaca araşdırma etdık.Çin