Avtoreyd.Az Dörd çarx Polis reyd keçirdi – 60-dan çox sürücü cərimələndi – VİDEO

Polis reyd keçirdi – 60-dan çox sürücü cərimələndi – VİDEO


Artıq üç gündür avtomobillərdə plyonka və pərdədən istifadəyə görə qadağa qüvvəyə minib. Ancaq hələ də bu qadağaya məhəl qoymayan sürücülər var.

Xezerxeber.az-ın məlumatına görə, Şirvanda və Mingəçevirdə keçirilən reyddə xeyli sürücü bu səbəbdən cərimələnib.

Şirvan şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Yoxlamalar zamanı mövsümü başa çatsa da, avtomobillərin arxa yan şüşələrində görməni məhdudlaşdıran plyonkalardan istifadə edən sürcülər barəsində inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub. Plyonkalar avtomobillərdən yerindəcə çıxarılıb.

Reyd zamanı 30 sürücüyə qarşı inzibati cəza tətbiq edilib.

Yol polisi əməkdaşları Mingəçevirdə də reyd keçiriblər. Avtomobilinin yan şüşələrinə kustar üsulla hazırlanan pərdə quraşdıran sürücülər saxlanılıb.

Bəzi sürücülər isə polislə mübahisə edib, əməllərinə haqq qazandırmağa çalışıblar.

Bundan əlavə, sərnişindaşıma ilə məşğul olan bəzi sürücülərin nəqliyyat vasitəsində ayaqüstə sərnişin daşıdıqları da aşkarlanıb. Mingəçevir şəhər Dövlət Yol Polis Bölməsinin keçirdiyi yoxlamalar zamanı 80-ə yaxın avtomobil saxlanılıb. Sərnişindaşıma qaydalarını pozduqlarına görə 16, plyonka və pərdədən istifadə etdiklərinə görə isə 18 sürücü barəsində protokol tərtib olunub.

http://www.youtube.com/watch?v=bnESCQTFigE

Related Post

Samuxda uzunluğu 30.9 km olan iki avtomobil yolu yenidən qurulur (Video+Foto)Samuxda uzunluğu 30.9 km olan iki avtomobil yolu yenidən qurulur (Video+Foto)

Azərbaycanda yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Birbaşa Prezident İlham Əliyevin

Bu küçədə xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.Bu küçədə xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq. Sürücülərdən

DİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏDİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏ

DİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏ Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən AvtoReyd.Az-a verilən məlumata görə,Babək prospektində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin