Avtoreyd.Az Avtoxəbər Ukrayna yollarında saatda 200 km maksimal sürətlə şütüyən “Zazobimer” adında balaca əjdaha (Video)

Ukrayna yollarında saatda 200 km maksimal sürətlə şütüyən “Zazobimer” adında balaca əjdaha (Video)


Avtoreyd.az bildirir ki, Kiyevdən olan Ruslan adlı bacarıqlı usta köhnə “Zapı”nı saatda 200 km-yə qədər maksimal sürətlə hərəkət edən güclü drift-maşına çevirib. Bunun üçün ona bir çox sovet avtomobil hissələrinin yerinə müasir detalları quraşdırmaq lazım olub.

Kiev sakininin sözlərinə görə, o uzun müddət idi ki, sürətli  və cəld drift-maşınının yığılması haqqında düşünürdü. Ancaq bunun üçün uyğun kuzov tapa bilmirdi.

Nəticədə il yarım çəkən zəhmətdən sonra təxminən 11 min dollardan bir qədər artıq xərc çəkilməklə, “Zapı”ya 5-ci seriya BMW-nin mühərriki ilə birlikdə ötürmə qutusu və alman istehsalının praktiki olaraq bütün qalan hissələri quraşdırılmaqla, Ukrayna yollarında “Zazobimer” adında balaca əjdaha şütüməyə başlayıb.

http://www.youtube.com/watch?v=d9INyiT3prw

Related Post