Avtoreyd.az bildirir ki, ABŞ-da, Corciya ştatının Atlanta şəhərində ən böyük örtülü stadionlardan biri dağıdılıb.
71 min 250 tamaşaçı tutumu olan binanın sökülməsi üçün 2,5 ton partlayıcı maddədən istifadə edilib.
Futbol stadionunun demontajı (sökülməsi) prosesi cəmi 15 saniyə çəkib. Partlayışdan 12 saniyə sonra tikilinin damı, 3 saniyə sonra isə bütün tribunalar uçub.
Qeyd edək ki, stadionun sökülməsinə əsas səbəb kimi tikilinin köhnə olması göstərilib. Köhnə stadion Mercedes-Benz Stadium adlı yeni arenayla əvəz edilib. Partlayış zamanı yeni stadion heç bir ziyan çəkməyib.